Ərdoğan: “Xaşoqqi cinayəti ilə bağlı səsyazma həqiqətən bir fəlakətdir”

Prezident Rəcəb Tayyib Ərdoğan Parisdə Xaşoqqi cinayəti ilə bağlı səsyazmasının həqiqətən bir fəlakətdir olduğunu söyləyib.

1086715
Ərdoğan: “Xaşoqqi cinayəti ilə bağlı səsyazma həqiqətən bir fəlakətdir”

Prezident Rəcəb Tayyib Ərdoğan Parisdə Xaşoqqi cinayəti ilə bağlı səsyazmasının həqiqətən bir fəlakətdir olduğunu söyləyib.

Ərdoğan Parisdən qayıdarkən təyyarədə jurnalistlərin həmin mövzuyla bağlı sullarına cavabən deyib: “Səudiyyə Ərəbistanının kəşfiyyatçısı səsyazmanı dinlədiyi zaman “hər halda heroin qəbul edib; bunu ancaq belə biri edər” deyəcək qədər şoka düşdü. Ara yerdə belə bir həqiqət var. Buna baxmayaraq hadisəni adi axarından çıxarmağa cəhd göstərmək istəyənlər var. Trampda da, Merkeldə də, Makronda da bunu müşahidə etdim. Qatillər bu 18 nəfərin içindədir. Tapşırığı verənin kim olduğunu da ortaya çıxarılmasını istəyirik. ABŞ-da Konqres Milli Kəşfiyyatdan bununla bağlı məlumat istədi. Məlumat verildiyi zaman məsələyə baxış da dəyişəcək.”

Camal Xaşoqqi oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib, lakin buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də verdiyi açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.

Camal Xaşoqqi öldürüldükdən sonra meyiti hissələrə parçalanıb. Jurnalistin parçalanmış meyiti hələ də tapılmayıb.



Әlaqәli Xәbәrlәr