İbrahim Kalın: ‘‘Fәlәstin xalqı yalnız vә çarәsiz deyil’’

İbrahim Kalın İsrailin Qәzzada törәtdiyi  hücumları qiymәtlәndirib.

1087086
İbrahim Kalın: ‘‘Fәlәstin xalqı yalnız vә çarәsiz deyil’’

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın İsrailin hücumları qarşısında sәssiz qalan beynәlxalq ictimaiyyәtin  üzәrinә düşәn ohdәliyi yerinә yetirәrәk hәrәkәtә keçmәsinin vacibliyini vurğulayıb.

İbrahim Kalın İsrailin Qәzzada törәtdiyi  hücumları qiymәtlәndirib.

İsrailin son iki gündә işğal altındakı Qәzza zolağında etdiyi hücumları nәticәsindә 13 fәlәstinlinin hәlak olduğunu vә onlarla fәlәstinlinin yaralandığını xatırladan İbrahim Kalın deyib: ‘‘Hәmin hücumlar İsrailin hüquq normalarını pozan  işğalçı mövqeyini bir daha göstәrmişdir. İsrail Qәzza xalqına etdiyi hücumları dәrhal dayandırmalıdır. İsrailin hücumları qarşısında sәssiz qalan beynәlxalq ictimaiyyәt  üzәrinә düşәn ohdәliyi yerinә yetirәrәk hәrәkәtә keçmәlidir. Fәlәstin torpaqlarını açıq hava hәbsxanasına çevirmәk istәyәn vә Qüdsün statusunu dәyişdirәn İsrailin işğalçılıq siyasәtinә bütün dünya ‘‘dayan’’ demәlidir’’.

‘‘Fәlәstindә yeganә hәll yolu ‘‘iki dövlәtli hәll yoludur’’ deyәn İbrahim Kalın: ‘‘İsrailin mövcud rәhbәrliyinin  iki dövlәtli hәll yoluna inanmadığı ortadadır. Fәlәstin xalqının müstәqilliyini vә tәhlükәsizliyini nәzәrә almayan heç bir hәllin qәbul edilmәsi mümkün deyil. Fәlәstin xalqı yalnız vә çarәsiz deyil’’ deyә vurğulayıb.

İbrahim Kalın İsrail qüvvәlәrinin hücumu nәticәsindә şәhid olan fәlәstinlilәrә Allahdan rәhmәt, yaralananlara şәfa dilәyib.

‘‘Türkiyә Fәlәstin xalqının yanında olmağa davam edәcәk’’,-deyә İbrahim Kalın vurğulayıb.



Әlaqәli Xәbәrlәr