TBMM sədri Pakistan heyətini qəbul etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Pakistan ilə sərbəst ticarət sazişilə bağlı danışıqların davam etdiyini söyləyib.

1086338
TBMM sədri Pakistan heyətini qəbul etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Pakistan ilə sərbəst ticarət sazişilə bağlı danışıqların davam etdiyini söyləyib.

Yıldırım bunu Pakistan parlamentinin üzvləri və media mənsublarının şərəfinə verdiyi qonaqlıq zamanı deyib.

Binəli Yıldırım Pakistanda yaxın zamanda keçirilən seçkidə ölkədə hakimiyyətə gələnləri seçdiyini bildirib və ölkənin yeni məclisinə və hökumətinə uğurlar diləyib.

Türkiyə ilə Pakistan arasındakı əməkdaşlığın, hökumətin dəyişməsilə dəyişəcək bir əməkdaşlıq olmadığını qeyd edən Yıldırım iki ölkə arasındakı qardaşlıq və dostluğun dərin və tarixi olduğunu və hər zaman güclənməkdə davam edəcəyini söyləyib.

Türkiyəyə təzyiqlə qəbul etdirilməyə cəhd göstərilən təktərəfli sanksiyalara qarşı Pakistan baş nazirinin açıqlamasını xatırladan Yıldırım deyib ki,  ABŞ-ın qəbul etdiyi qərarlar qarşısında ən sürətli cavab verən, dəstəyini bildirən yenə qardaş Pakistan oldu. İstər ikitərəfli istər regional və beynəlxalq mövzularda Pakistan ilə hər mövzuda həmfikirik. Türk xalqı Fətullahçı terror təşkilatının (FETÖ) 15 iyul 2016-cı ildəki çevriliş təşəbbüsü zamanı Pakistanlı qardaşlardan gördüyü dəstəyi heç vaxt unutmayacağıq.

TBMM sədri Binəli Yıldırım iki ölkə arasındakı tacarəti artıracaq sərbəst ticarət sazişilə bağlı müzakirələrin davam etdiyini, hərbi səviyyədəki əlaqələrin də sevindirici olduğunu vurğulayıb.

Əfqanıstan və Pakistan arasındakı problemlərə də toxunan Yıldırım əsas gözləntinin problemlərin dialoq yolu ilə həllinin olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr