"Artıq bu problemi həll edəcək Türkiyə yox, Fransa rəsmi məqamlarıdır", F.Altun

Fransa Xarici İşlər naziri Jan-İv le Drianın (Jean-Yves Le Drian) Səudiyyə jurnalisti Camal Xaşoqci cinayətilə bağlı açıqlamalarına reaksiya göstərən F.Altun deyib...

1086471
"Artıq bu problemi həll edəcək Türkiyə yox, Fransa rəsmi məqamlarıdır", F.Altun

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun (Fahrettin Altun) Fransa Xarici İşlər nazirinin prezident Rəcəb Tayyib Ərdoğanı siyasi oyunlar oynamaqda ittiham etməsinin qəbul oluna bilməyəcəyini deyib.

  Fransa Xarici İşlər naziri Jan-İv le Drianın (Jean-Yves Le Drian) Səudiyyə jurnalisti Camal Xaşoqci cinayətilə bağlı açıqlamalarına reaksiya göstərən F.Altun deyib:

  “Türkiyə Xaşoqci cinayətinin bütün təfərrüatlarının üzə çıxarılması üçün çalışmağa davam edir, buna qətl əmrini kimin verdiyi də daxildir. Türkiyənin qətiyyətli səyləri olmasaydı, hadisənin üstü çoxdan örtüləcək, unutdurulacaqdı. Amma Türkiyə Camal Xaşoqci cinayətinə dair dəlilləri bir çox ölkənin rəsmilərilə bölüşüb, sirri ortaya çıxarıb.

  Xaşoqci cinayətinə dair dəlillər Fransa dövlətinin müvafiq orqanlarına da göndərilib, səs qeydləri dinlənilib və s. Əgər Fransa hökuməti buna inanmırsa, o zaman məsələnin kökünü ona yanlış məlumat verən dövlətinin müxtəlif orqanlarında axtarsın. Artıq bu problemi həll edəcək Türkiyə Cümhuriyyəti deyil, Fransa rəsmi məqamlarıdır.

  Biz Fransa da daxil başda olmaqla, beynəlxalq cəmiyyətin bütün fərdlərini Xaşoqci cinayətinin bütün təfərrüatlarının üzə çıxarılması üçün addımlar atmağa çağırırıq”.



Әlaqәli Xәbәrlәr