“Terror koridoru yaradılmasına əslə və qətiyyətlə icazə verməyəcəyik”, H.Akar

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin ölkədən kənarda, istər İraqın istər Suriyanın şimalında heç bir şəkildə terror koridoru yaradılmasına əslə və qətiyyətlə icazə verməyəcəklərini söylədi.

1084976

Hulusi Akar Yunanıstan və Kıbrıs Rum icmasının Aralıq dənizinin şərqindəki təktərəfli təbii qaz axtarma fəaliyyətləri və Suriyanın şimalında yaradılmaq istənən terror koridoru məsələsini qiymətləndirib.

Türkiyənin Aralıq dənizinin şərqində təktərəfli fəaliyyətlərə icazə verilməyəcəyini vurğulayan Akar “Aralıq dənizinin şərqində təktərəfli fəaliyyətlərə Türkiyə əsla icazə verməyəcəkdir, heç kəs bunu Türkiyəyə qəbul etdirə bilməz” dedi.

Suriyada isə bəzi ölkələrin dəstəyilə terror təşkilatı YPG/PKK-dan istifadə edilərək bir terror koridoru yaratma cəhdlərinə də toxunan nazir qeyd edib ki, Fərat çayının şərqilə əlaqəli müzakirələr və fəaliyyətlər davam edir. Türkiyənin cənubunda, istər İraqın istər Suriyanın şimalında bir terror koridoru yaradılmasına əslə və qətiyyətlə icazə verilməyəcəkdir.  

Әlaqәli Xәbәrlәr