Xarici İşlər naziri Mövlud Çavuşoğlu Laosa səfər edəcək

Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi görüşlər keçirmək məqsədilə Laosa səfər edəcək.

1082952
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Laosa səfər edəcək

Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi görüşlər keçirmək məqsədilə Laosa səfər edəcək.

Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilib ki, Çavuşoğlu 7-8 noyabrda Laos Demokratik Xalq Cümhuriyyətində səfərdə olacaq. Həmin səfər Türkiyədən Laosa xarici işlər naziri səviyyəsində reallaşacaq ilk səfərdir.

Xarici İşlər naziri Çavuşoğlunun səfəri çərçivəsində həmkarı Saleumxay Kommasith ilə keçirəcəyi görüşdə ikitərəfli əlaqələr və əməkdaşlığın gücləndirilməsinə dair imkanları müzakirə edəcəyi, regional və beynəlxalq mövzular barədə fikir mübadiləsi aparacağı bildirilib.

Açıqlamada Çavuşoğlunun Laosun Baş naziri Thonqlon Sisoulith tərəfindən qəbul ediləcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr