Kalın: "PYD-yə dəstək PKK- ya dəstək deməkdir"

Türkiyə Prezident Aparatının sözcüsü İbrahim Kalın PYD-yə olan dəstəyin separatçı terror təşkilatı PKK-ya verilən dəstək kimi başa düşüləcəyini bildirdi.

1083624
Kalın: "PYD-yə  dəstək PKK- ya dəstək deməkdir"

Türkiyə Prezident Aparatının sözcüsü İbrahim Kalın PYD-yə olan dəstəyin separatçı terror təşkilatı PKK-ya verilən dəstək kimi başa düşüləcəyini bildirdi.
Türkiyə Prezident Aparatının sözcüsü Ibrahim Kalın Kabinetin iclasından sonra mətbuat konfransı təşkil etdi.
Burada çıxış edən Kalın: "PYD-YPG-yə olan dəstək birbaşa, və ya dolayı olaraq separatçı terror təşkilatı PKK-ya verilən dəstəkdir. Bizim üçün   "pis terror təşkilatı", və ya "yaxşı terror təşkilatı" deyə bir sinifləndirmə yoxdur. ABŞ-dan PYD-YPG ilə əlaqəsini tamamilə kəsməsini tələb edirik" dedi.
Xatırladaq ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceym Cefri (James  Jeffrey ) separatçı terror təşkilatı PYD-YPG-ni terror təşkilatı saymadıqlarını söyləmişdi.



Әlaqәli Xәbәrlәr