İbrahim Kalın İrana qarşı sanksiyaların siyasi xarakter daşıdığını bildirdi

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Amerika Birləşmiş Ştatlarının İrana tətbiq etdiyi sanksiyaları siyasi sanksiyalar olaraq səciyyələndirdi.

1082957
İbrahim Kalın İrana qarşı sanksiyaların siyasi xarakter daşıdığını bildirdi

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın özəl televiziya kanalında gündəmə dair açıqlamalar verdi.

 Kalın: "ABŞ bu, və ya digər əsaslarla bir ölkəyə sanksiya tətbiq edir deyə, biz öz milli mənfəətlərimizdən imtina edəcək deyilik"dedi.
 
 Prezident Aparatının sözçüsü İranın nüvə müqaviləsinə əməl etdiyini, sanksiya qərarının siyasi olduğunu bildirdi.
 
 Qeyd edək ki, Tehran rəhbərliyi ilə 2015-ci ildə bağlanan nüvə müqaviləsini birtərəfli olaraq ləğv edən ABŞ İrana qarşı sanksiyaların bir hissəsini 7 avqust, bir hissəsini də 5 noyabr tarixlərində yenidən qüvvəyə mindirib.



Әlaqәli Xәbәrlәr