“ABŞ terror təşkilatı YPG-yə qarşı da eyni mövqeyi ortaya qoysun”, H.Akar

Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın terror təşkilatı PKK-ya qarşı mövqeyini ondan heç bir fərqi olmayan YPG-yə qarşı da göstərməsini gözlədiklərini söyləyib.

1083357

Sudanda keçirdiyi görüşlər çərçivəsində Sevakin adasında bəyanat verən Akar ABŞ-ın “terror təşkilatı PKK-nın başçıları barədə məlumat verənə mükafat” qərarına toxunaraq deyib ki, müttəfiqlərimizin bu addımını müsbət qarşılayırım, ancaq bu addımın atılmasında yubanıldığını da demək istəyirəm.

PKK-dan heç bir fərqi olmayan YPG-yə qarşı da eyni mövqe və davranışı ortaya qoymasını gözlədiklərini dilə gətirən Akar “Çünki YPG PKK-dan fərqlənməyən bir terror təşkilatıdır. Terrorçularla ABŞ-lı müttəfiqlərimizin, dostlarımızın birlik və bərabərliyi son dərəcə mənfi tablo ortaya qoyur. Bunun da yaxın zamanda düzəldilməsini gözləyirik. Bir tərəfdən PKK-nın başçıları arasındakı terrorçuların başına mükafat qoyularkən digər tərəfdən da YPG-yə TIR-larla, təyyarələrlə vəsait, silah-sursat göndərilməsini qəbul etməyimiz qeyri-mümkündür. Bunun da yaxın zamanda düzəldilməsini gözləyirik” deyə bildirib.

Әlaqәli Xәbәrlәr