Mövlud Çavuşoğlu Şinzo Abe ilә görüşüb
Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Yaponiyaya etdiyi sәfәri çәrçivәsindә bu ölkәnin Baş naziri Şinzo Abe ilә görüşüb.
![Mövlud Çavuşoğlu Şinzo Abe ilә görüşüb](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/14c7/afd8/16e6/5be16f44012f9.jpg?time=1718741995)
Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Yaponiyaya etdiyi sәfәri çәrçivәsindә bu ölkәnin Baş naziri Şinzo Abe ilә görüşüb.
Mәlumata görә, görüş Yaponiyanın paytaxtı Tokioda baş tutub.
Şinzo Abe Suriyada 3 il girovluqda saxlanılan yaponiyalı jurnalist Cumpey Yasudanın (Jumpei Yasuda) azad edilmәsi mәsәlәsindәki töhfәlәrinә görә prezident Rәcәb Tayyib Әrdoğan, Xarici İşlәr naziri Mövlud Çavuşoğlu vә Türkiyә hökumәtinә tәşәkkür edib.
‘‘Türkiyә ilә әlaqәlәrimizi hәr sahәdә vә hәr sәviyyәdә inkişaf etdirmәk istәyirik’’,-deyә Yaponiya Baş naziri Şinzo Abe vurğulayıb.
Nazir Mövlud Çavuşoğlu jurnalist Cumpey Yasudanın evinә qayıtmasından duyulan mәmnuniyyәti dilә gәtirib.
‘‘Yaponiyada sәmәrәli görüşlәr keçirdim’’ deyәn Mövlud Çavuşoğlu hәr iki tәrәfin dә әlaqәlәrin inkişaf etdirilmәsini istәdiyi qeyd edib.
Mövlud Çavuşoğlu Yaponiyadakı görüşlәri çәrçivәsindә dünәn hәmkarı Taro Kono ilә bir araya gәlmişdi.
Әlaqәli Xәbәrlәr
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718741996)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq
![“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan](http://cdn.trt.net.tr/images/medium/rectangle/cb96/dcbf/13e5/66703edd2acdb.jpg?time=1718741996)
“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib