Milli Müdafiə naziri Hulusi Akar Sudanda səfərdədir

Hulusi Akarı iki günlük rəsmi səfəri zamanı Xartumdakı beynəlxalq hava limanında sudanlı səlahiyyətlilərlə yanaşı Türkiyənin Xartum səfiri İrfan Nəziroğlu qarşılayıb.

1082781

Nazir səfəri çərçivəsində ilk olaraq Sudanın Müdafiə Nazirliyində olub və burda Müdafiə naziri ordu generalı Avad Məhəmməd Əhməd bin Avf tərəfindən hərbi mərasimlə qarşılanıb.

Akar daha sonra sudanlı həmkarı və bu ölkəin Baş qərargah rəisi,ordu generalı Kamal Əbdülmaruf əl-Mahi Bəşir ilə görüşüb, heyətlər arasında keçirilən görüşlərə başçılıq edib.

Görüşlərdə Türkiyənin Başqərargah rəisi ordu generalı Yaşar Gülər də iştirak edib.  

Nazir Hulusi Akar Müdafiə Nazirliyindəki görüşlərindən sonra Prezident Sarayına gedərək, Sudan Dövlət rəhbəri Ömər əl-Bəşir ilə bir araya gəlib.

Görüşlərdə ikitərəfli müdafiə və hərbi əməkdaşlıq ilə regional mövzularla yanaşı prezident Ərdoğanın dekabr ayındakı Sudana səfərində təmir edilməsini istədiyi Sevakin Adasındakı fəaliyyətlər də müzakirə olunub.

Türkiyə tərəfindən  Sudanda qurulması planlaşdırılan hərbi təlim mərkəzlərinin də görüşlərdə müzakirə olunan mövzulardan biri olduğu vurğulanıb.

Әlaqәli Xәbәrlәr