Rəcəb Tayyib Ərdoğan: "Türkiyə Krım Tatarlarının haqlarını qorumağa davam edəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Krım Tatarlarının haqq və mənfəətlərini qorumağa davam edəcəyini bildirdi.

1081042
Rəcəb Tayyib Ərdoğan: "Türkiyə Krım Tatarlarının haqlarını qorumağa davam edəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Krım Tatarlarının haqq və mənfəətlərini qorumağa davam edəcəyini bildirdi.
 
 Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 7-ci  iclası İstanbulda keçirildi.
 
 İclas ərəfəsində Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko İstanbuldakı Mabeyn Köşkündə təkbətək görüşdülər.
 
 Mətbuata qapalı keçirilən görüşdə ikitərəfli və regional münasibətlər müzakirə olundu.
 
 Sonra Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının iclası başladı. İclasda hər iki ölkənin nazirləri iştirak etdilər.
 
İclasdan sonra  iki ölkə arasında iqtisadiyyat və müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə və protokollar imzalandı.
 
İmzalanma mərasimindən sonra prezidentlər birgə mətbuat konfransı keçiridilər.
 
 Prezident Ərdoğan mətbuat konfransənda  Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışdı və Krımın qeyri-qanuni ilhaqını tanımayacaqlarını təkrarladı.

Ərdoğan Türkiyənin Krım Tatarlarının haqq və mənfəətlərini qorumağa davam edəcəyini bildirdi.
 
 Ukrayna prezidenti Poroşenko Ukraynanın ərazi bütövlüyü ilə Krım məsələsində verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür etdi.
 
 Poroşenko azad ticarət müqaviləsinin həyata keçirilməsi üçün lazımi göstərişi verdiklərini də sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr