Çavuşoğlu Yaponiyada səfərdədir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yaponiya ilə əlaqələri inkişaf etdirmək istiqamətində səy göstərildiyini bildirərək: "Məqsədimiz ticarəti, sərmayələri artırmaq və sərmayələrə əngəl olan maneələri aradan qaldırmaqdır" dedi.

1081191
Çavuşoğlu Yaponiyada səfərdədir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yaponiyanın Nagoya şəhərindəki Türkiyə-Yaponiya Mədəniyyət Ticarət Yardımlaşma Həmrəylik Dərnəyində Türkiyə vətəndaşları ilə görüşdü.
 
 Türkiyənin region və onun xaricində olan ölkələrlə əlaqələrinin yüksək səviyyəyə qaldırıldığını qeyd edən Çavuşoğlu  bu ölkələrdən biri olan Yaponiya ilə Türkiyə  arasında köklü keçmişin və unudulmayan xatirələrin mövcudluğundan danışdı.
 
"Üzümüzə gələn 2019-cu il Yaponiyada "Türkiyə Mədəniyyət İli" kimi qeyd olunacaq" deyə bildirən Çavuşoğlu Mədəniyyət və Turizm naziri Mehmet Ersoyun bu məqsədlə Yaponiya səfər edəcəyini söylədi.
 
 Xarici İşlər naziri Türkiyənin Yaponiya ilə münasibətlərini strateji səviyyəyə çıxardığını xatırladaraq: "İndi münasibətlərimizi inkişaf etdirmək üçün səy göstəririk. Türkiyədəki sərmayələrin həyata keçirilməsi və regional məsələlərdə yaxın əməkdaşlığımız Yaponiya ilə hər sahədə əlaqələrimizi daha da möhkəmləndirir. Bu səfərimdə də başda Baş nazir Şinzo Abe olmaqla, nazirlər, parlament sədrləri, mətbuat dünyası, akademiklərlə bir araya gələcəyik. Ölkəmizdən və siyasətlərimizdən bəhs edəcəyik" dedi.
 
 Çavuşoğlu Yaponiya ilə əlaqələri inkişaf etdirməyin hər iki ölkənin xeyrinə olduğuna diqqət çəkdi və sözünə belə davam etdi: "Yaponiya ilə bu regiondakı məsələlər və bizim regionumuzdakı məsələlər ətrafında müzakirələrimiz olur. Məqsədimiz ticarəti, sərmayələri artırmaq və  sərmayələrə əngəl olan maneələri aradan qaldırmaqdır. Bu səbəbdən iqtisadi tərəfdaşlıq müqaviləsi ilə bağlı danışıqları intensiv şəkildə davam etdiririk".



Әlaqәli Xәbәrlәr