Müstəqil və güclü Türkiyə hədəfinə müdafiə sənayemizdəki milli həmlələri davam etdirərək çatacağıq

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Milli Texnologiyanı İnkişaf Etdirmə İnfrastrukturları"nın açılış mərasimində söylədi.

1079057
Müstəqil və güclü Türkiyə hədəfinə müdafiə sənayemizdəki milli həmlələri davam etdirərək çatacağıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Milli Texnologiyanı İnkişaf Etdirmə İnfrastrukturları"nın açılış mərasimində iştirak etdi.

Mərasimdə çıxış edən Ərdoğan bunları söylədi: "Sipər" adı ilə başladığımız milli uzun mənzilli regional raket əleyhinə müdafiə sisteminin xeyirli olmasını arzulayıram.Türkiyə müdafiə, aeronavtika və kosmos texnologiyaları sahələrində söz sahibi olma yolunda sürətlə irəliləyir. Müdafiə sənayesində 65% olan yerlilik, millilik nisbətini daha da yüksəldəcəyik. Son illərdə Türkiyəyə qarşı artan hücumların arxasındakı səbəblərdən birinin də apardığımız müstəqil siyasətlərə qarşı olan reaksiya olduğunu bilirik. Müstəqil və güclü Türkiyə hədəfini  müdafiə sənayemizdə başladığımız milli həmlələri fasiləsiz davam etdirərək əldə edəcəyik. Müdafiə sənayesi sektorumuz bu gün mindən çox şirkətlə yanaşı kiçik sahibkarların, tədqiqat mərkəzlərinin və ali məktəblərin iştirakı ilə milli struktura çevrilmişdir".



Әlaqәli Xәbәrlәr