Türkiyəyə qeyri-qanuni yollarla girən qaçqınlar yaxalandı

Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi (Kaçakçılık ve Organize Suçlarla Mücadele Şubesi) qrupları nizamsız köçkün məlumatı əsasında əməliyyat keçirib.

1077704
Türkiyəyə qeyri-qanuni yollarla girən qaçqınlar yaxalandı

  Türkiyənin Van rayonunun Edremit qəsəbəsində ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edilən nizamsız 42 qaçqın yaxalandı.

  Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi (Kaçakçılık ve Organize Suçlarla Mücadele Şubesi) qrupları Elmalık məhəlləsində nizamsız köçkün məlumatı əsasında əməliyyat keçirib və ölkəyə qeyri-qanuni yollarla daxil olduğu təsbit edilən 42 Əfqanıstan qaçqını saxlanılıb.

  Nizamsız qaçqınlar polisdəki əməliyyatlardan sonra Van Rayon Miqrasiya İdarəsinə (Van İl Göç İdaresi Müdürlüğü) təhvil verilib.

  İzmir rayonunun Kuşadası qəsəbəsində də qeyri-qanuni yollarla ölkə xaricinə çıxmaq istəyən nizamsız 21 qaçqın yaxalanıb.

  Davud məhəlləsi sahillərində rezin qayıqda qaçqınların olduğunu təsbit edən Sahil Təhlükəsizlik Komandanlığı briqadaları bölgəyə hərəkət edib. Dayandırılan qayıqda 7-si uşaq olmaqla 21 İraq vətəndaşı Sahil Təhlükəsizlik katerilə sahilə çıxarılıb, daha sonra Aydın Rayon Miqrasiya İdarəsinə (Aydın İl Göç İdaresi Müdürlüğü) göndərilib.



Әlaqәli Xәbәrlәr