"Hazırlıqlar görüldü, bir gecə qəflətən gələ bilərik", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqinə əməliyyat həyata keçiriləcəyinə dair siqnal verdi.

1078278
"Hazırlıqlar görüldü, bir gecə qəflətən gələ bilərik", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqinə əməliyyat həyata keçiriləcəyinə dair siqnal verdi.

Prezident Ərdoğan Türkiyə Böyük Məclisində partiyasının qrup toplantısında çıxış edərək Suriyada Fərat çayının şərqində işğal etdiyi torpaqlarda təhlükəli davranışlara yol verən PKK/YPG-li terrorçulara və himayədarlarına da mesaj göndərib.

Çıxışında “Suriya məsələsini həll etmədən gələcəyə inamla baxa bilmərik” deyə vurğulayan Ərdoğan “Bu ölkədə yenidən əmin-amanlığı təmin etmək həm də sədaqətimizin gərəyidir” deyib.

“Suriyadakı böhranda beynəlxalq ictimaiyyətin də yetərli addımı atmamasının payı var. Beynəlxalq ictimaiyyətin daha güclü olmasını arzu edirik. Dünya ictimaiyyətinin DEAŞ oyununa aldanmayacağına inanırıq. DEAŞ oyunu ilə Suriyada qan axıtmaq istəyənlərə heç vaxt yol verməyəcəyik. Bu barədə hazırlıqları başa çatdırdıq. Yaxında təsirli əməliyyatlarla terror təşkilatının təpəsinə minəcəyik. Bir gecə qəflətən gələ bilərik” deyə Ərdoğan qeyd edib.



Әlaqәli Xәbәrlәr