Rəsmi heyət Cümhuriyyət Bayramında Atatürk mavzoleyini ziyarət etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Atatürk mavzoleyini (Anıtkabir) ziyarət edib.
![Rəsmi heyət Cümhuriyyət Bayramında Atatürk mavzoleyini ziyarət etdi](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/fc7f/504d/9ab1/5bd6c0f3b4347.jpg?time=1718904923)
Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Atatürk mavzoleyini (Anıtkabir) ziyarət edib.
Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə Ankarada ilk tədbir Anıtkabirdə keçirilib.
Mərasimdə ölkə prezidenti R.T.Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu, Milliyyətçi Xalq Partiyası (MHP) sədri Devlet Bahçeli, İYİ Partiyanın sədri Maral Akşener və başqa rəsmilər iştirak edib.
Heyət Atatürkün mavzoleyinə əklil qoyub.
Xatirə dəftərinə ürək sözlərini yazan Ərdoğan burada İstanbul Yeni Hava Limanının açılışını (29.10.2018) qeyd edərək bildirib:
"Əziz Atatürk, Türkiyə Cümhuriyyətinin 95-ci ilində hüzurunuzdayıq. Sizi və əqidə yoldaşlarınızı yad edir, Allahdan sizə rəhmət diləyirik. Bu günü həm də İstanbulda dünyanın ən nüfuzlu aeroportlarından birini açaraq təbrik edirik. İqtisadi hücumların olduğu bir dövrdə bu hava limanının açılışı Türkiyənin gücünün göstəricisi, 95 ildə əldə edilən uğurların bir simvoludur".
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718904924)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718904924)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq