Türkiyə YPG/PKK-ya aid mövqeləri bombaladı

Türkiyə Silahlı Qüvvələri (TSQ) mərmi atəşilə terror təşkilatı YPG/PKK-ya aid mövqeləri bombaladı.

1077200
Türkiyə YPG/PKK-ya aid mövqeləri bombaladı

 Türkiyə Silahlı Qüvvələri (TSQ) mərmi atəşilə terror təşkilatı YPG/PKK-ya aid mövqeləri bombaladı.

  Suriyanın şimalında, Hələbə bağlı Eyn əl-Arab qəsəbəsinin qərbində yerləşən Zor Mağar bölgəsində terror təşkilatı YPG/PKKYA aid mövqelər TSQ tərəfindən bombalanıb.

  Fərat Çayının şərq sahilində yerləşən və Türkiyə sərhədinə hakim yüksəkliklərə yaxın Zor Mağar bölgəsində terror təşkilatının fəaliyyətinə mane olmaq üçün top atəşləri açılıb.

 Yerli mənbələrin bildirdiyinə görə, Türkiyə Silahlı Qüvvələri Zor Mağar təpəsində terror təşkilatı tərəfindən qurulan səngər və mövqeləri hədəfə alıb.



Әlaqәli Xәbәrlәr