İbrahim Kalın dördtәrәfli zirvә görüşü ilә bağlı bәyanat verdi
Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Suriya ilә bağlı zirvә görüşünün bu gün İstanbulda keçirilәcәyini deyib.
![İbrahim Kalın dördtәrәfli zirvә görüşü ilә bağlı bәyanat verdi](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/5537/83dc/6366/5bd30bf4ccfba.jpg?time=1718862227)
Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Suriya ilә bağlı zirvә görüşünün bu gün İstanbulda keçirilәcәyini deyib.
İbrahim Kalın ‘‘Beynәlxalq Diyarbәkir Konqresi’’nә qatılmaq üçün sәfәr etdiyi Diyarbәkirdә Türkiyә, Rusiya, Almaniya vә Fransanın iştirakı ilә İstanbulda keçirilәcәk Suriya mövzusundakı zirvә görüşü ilә bağlı bәyanat verib.
‘‘Zirvә görüşündә bölgәdәki vәziyyәt, sentyabrın 17-dә İdliblә bağlı әldә olunan razılaşma vә Suriyadakı böhranın hәll edilmәsi üçün göstәrilәn sәylәrin müzakirә olunması nәzәrdә tutulur’’,-deyә Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın qeyd edib.
Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi Steffan de Misturanın da zirvә görüşünә dәvәt edildiyini bildirәn İbrabim Kalın deyib: ‘‘Steffan de Mistura zirvә görüşündә mәruzә ilә çıxış edәcәk. İndiyәdәk olan fәaliyyәtlәri haqqında liderlәrә mәlumat verәcәk. Zirvә görüşündәn gözlәntimiz Suriya mәsәlәsinin siyasi yolla hәll edilmәsi üçün atılacaq addımların dәqiqlәşdirilmәsi vә yol xәritәsinin müәyyәnlәşdirilmәsidir’’.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718862228)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718862228)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq