Ərdoğan: "Yeganə qayəmiz ölkəmizə yönələn təhdidi mənbəyində və tam olaraq ortadan qaldırmaqdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqini terrordan təmizləməkdə qərarlı olduqlarını bildirdi.

1076267
Ərdoğan: "Yeganə qayəmiz ölkəmizə yönələn təhdidi mənbəyində və tam olaraq ortadan qaldırmaqdır"

  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Vilayət Sədrlərinin Genişləndirilmiş Toplantısında iştirak etdi.

  Toplantıda çıxış edən Ərdoğan 17 sentyabrda Suriyanın İdlib bölgəsində tərksilah zonasının yaradılması haqqında danışaraq  Rusiya ilə əldə olunmuş razılığın həyata keçirilməsində hər hansı bir problemin olmadığını bildirdi.

 Türkiyə prezidenti: "İmzalar atıldığından bu yana İdlibdə bir problemimiz yoxdur, bölgədə əmin-amanlıq, sakitlik var.  Bizim  bir məqsədimiz var. O da bölgədəki böhrana Suriyanın ərazi bütövlüyü əsasında hər məzhəbdən və mənşədən olan təbəqəni əhatə edən, ədalətli, davamlı, demokratik, siyasi həllin tapılmasıdır" dedi.

Fərat çayının şərqində bir terror təşkilatının (separatçı PYD-PKK) əli ilə Türkiyənin təhdid edildiyini vurğulayan Ərdoğan: "Biz heç kimi hədələmirik, heç kimə də sərhədlərimizin dibində bizə təhlükə yaradacaq işlər görməsinə icazə vermərik. Növbədə Fəratın şərqindəki terror təşkilatlarının aradan qaldırılması və oraların həqiqi sahiblərinə verilməsi var" dedi.

  Çıxışında Münbiçin terrordan təmizlənərək bölgənin əsas qüvvələrinə təhvil verilməsi ilə bağlı Amerika Birləşmiş Ştatları ilə əldə olunan razılığa da toxunan Ərdoğan bunları söylədi:"ABŞ Münbiç məsələsində gəldiyimiz razılığı bizi əyləndirmə vasitəsinə çevirdi. Məsələnin gec-tez arzu etdiyimiz istiqamətdə həll olunacağına inanırıq. Münbiçdə diqqətimizi Fərat çayının şərqinə yönləndirməkdə qərarlıyıq. Fəratın şərqi bizim qırmızı xəttimizdir. Terrora imkan verməyimiz mümkün deyil. Bu, son xəbərdarlıqdır. Bizim heç kəslə dava etmək, xüsusilə ,əməli münaqişəyə girmək kimi bir məqsədimiz qətiyyən yoxdur. Yeganə qayəmiz ölkəmizə yönələn təhdidi, mənbəyində və tam olaraq ortadan qaldırmaqdır"

 



Әlaqәli Xәbәrlәr