Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana getmək istəyənlər yaxalandı

Qanunsuz keçidlərə qarşı tədbirlərini davam etdirən Çanaqqala Jandarm Komandanlığı qrupları Ayvacıkın Gülpınar kəndindəki Kumbağlar zeytunluq sahəsində əməliyyat keçirib...

1075731
Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana getmək istəyənlər yaxalandı

  Türkiyənin Çanaqqala rayonunun Ayvacık qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 51 qaçqın yaxalandı.

  Qanunsuz keçidlərə qarşı tədbirlərini davam etdirən Çanaqqala Jandarm Komandanlığı qrupları Ayvacıkın Gülpınar kəndindəki Kumbağlar zeytunluq sahəsində əməliyyat keçirib, Əfqanıstan və Pakistandan olan, aralarında qadın və uşaqların da olduğu 51 köçkün saxlanılıb. Yaxalanan qaçqınlar mikroavtobuslarla Gülpınar Jandarm Polis Bölməsinə aparılıb. Buradan da Ayvacık Xariciləri Gerigöndərmə Mərkəzinə göndərilib.

  Sivasda isə qeyri-qanuni yollarla Türkiyəyə girən 27 qaçqın yaxalanıb.

  Sivas-Erzincan avtomobil yolunda Vandan Ankaraya gedən sərnişin avtobusunu təqib edərək dayandıran polis qrupu sərnişinlərin şəxsiyyət vəsiqəsi və pasortunu yoxlayıb. Nəzarət zamanı kimlik və icazə sənədi olmayan Əfqanıstan və Pakistan əsilli 27 nəfər saxlanılıb.

  Nümunə Xəstəxanasında sağlamlıq testindən keçirilən qeyri-qanuni qaçqınlar əməliyyatlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.

  İzmirin də Çeşmə və Urla qəsəbələri sahillərində qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyən 145 qaçqın yaxalanıb.



Әlaqәli Xәbәrlәr