Rəcəb Tayyib Ərdoğan Camal Xaşoqçi cinayəti ilə bağlı açıqlamalar verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı rəhbərliyinə müraciət edərək: "Camal Xaşoqçi cinayətinin şübhələrini İstanbulda mühakimə edək" dedi.

1074027
Rəcəb Tayyib Ərdoğan Camal Xaşoqçi cinayəti ilə bağlı açıqlamalar verdi

 Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etdi.

  Ərdoğan çıxışında Səudiyyə Ərəbistanın Baş Konsulluğunda öldürüldüyü təsdiq olunan Səudiyyə jurnalisti Camal Xaşoqçi cinayəti ilə bağlı fikir bildirdi.

 Hadisənin təhqiqinin cinayətin planlı şəkildə törədildiyini ortaya qoyduğunu bildirən Ərdoğan Camal Xaşoqçinin Konsulluğa getməsindən əvvəl Səudiyyə Ərəbistanından generallar, ədliyyə-tibb ekspertləri ve kəşfiyyatçılardan ibarət 15 nəfərlik bir qrupun konsulluğa girdiğini, cinayətin törədildiyini, sonra dəlillərin aradan qaldırılmağa çalışıldığını vurğuladı.

  Ərdoğan Səudiyyə Ərəbistanı hökumətinin əvvəl Xaşoqçinin öldürüldüyü iddialarını rədd etdiyini, lakin ortaya çıxan dəlillərlə cinayəti qəbul etmək məcburiyyətində qaldığını qeyd edərək dedi: "Dəlillər Xaşoqçinin vəhşi bir cinayətin qurbanı olduğunu göstərir. Detalların gizli qalması, insanlıq vicdanını yaralayacaq. Səudiyyə Ərəbistanı rəhbərliyi cinayəti qəbul edərək, əhəmiyyətli bir addım atdı" dedi.

Səudiyyə Ərəbistanı Kralı bin Əbdüləzizin telefon danışıqlarında hadisə ilə əlaqəli olduqları müəyyən olunan 18 nəfərin həbs olunduğunu ifadə etdiyini bildirən Ərdoğan: "Bu gün buradan müraciət edirəm, müraciətim Kral və rəhbərliyədir. Hadisənin cərəyan etdiyi yer İstanbuldur. Tutulan 18 şübhəlinin İstanbulda mühakimə olunmasını təklif edirəm" dedi.

  Belə kritik bir istintaqın bitərəf və ədalətli bir heyət tərəfindən aparılmasının əhəmiyyətinə diqqət çəkən Ərdoğan: "Bu, siyasi bir cinayət olduğuna görə, varsa, digər ölkələrdəki cinayət ortaqlarının da təhqiqata daxil edilməsi lazımdır" dedi.

  Cinayətlə bağlı yaranan suallara da toxunan prezident: "Bu 15 nəfər qətl günü İstanbulda toplaşıb. Bu adamlar kimdən əmr alaraq oraya gəliblər? Baş Konsulluq binası niyə dərhal deyil, günlər sonra təhqiqata açılıb? Cinayət aşkar olduğu halda, niyə o qədər əsassız açıqlamalar verildi? Cəsəd nə üçün hələ də ortada yoxdur? Heç kim bu sualların cavabı tapılmadan məsələnin üstünün örtüləcəyini düşünməsin. Təhlükəsizlik orqanlarının əlində məlumatlar hadisənin planlaşdırılmış olduğuna işarə edir. Belə bir məsələni bir neçə təhlükəsizlik və kəşfiyyat əməkdaşının üzərinə yıxmaq ictimaiyyəti qane etmir. Bəşəriyyətin vicdanı  əmri verəndən tətbiq edənə qədər - hər kəsin haqq-hesab verdiyi zaman sakitləşəcək" dedi.



Әlaqәli Xәbәrlәr