Türkiyә әrazisina qeyri-qanuni yollarla daxil olan miqrantlar saxlanıldı

Mәlumata görә, Jandarm qüvvәlәri Babaeski vә Kofcaz qәsәbәlәrindә әmәliyyat keçirib. Әmәliyyat nәticәsindә 136 nizamsız miqrant tutulub.

1073135
Türkiyә әrazisina qeyri-qanuni yollarla daxil olan miqrantlar saxlanıldı

Türkiyәnin Kırklareli qeyri-qanuni yollarla xaricә getmәyә cәhd göstәrәn 136 miqrant saxlanılıb.

Mәlumata görә, Jandarm qüvvәlәri Babaeski vә Kofcaz qәsәbәlәrindә әmәliyyat keçirib. Әmәliyyat nәticәsindә 136 nizamsız miqrant tutulub.

Miqrantlar keçirilәn әmәliyyatlardan sonra Kırklareli Miqrasiya İdarәsinә tәhvil verilib.

Van şәhәrinin Başkale qәsәbәsindә isә Türkiyә әrazisinә qeyri-qanuni yollarla daxil olmağa cәhd göstәrәn 36 miqrant saxlanılıb.

Mәlumata görә, tәhlükәsizlik qüvvәlәri İrandan Türkiyә әrazisinә qeyri-qanuni yollarla daxil olmağa çalışan bir qrup miqrant tәsbit edib.

Keçirilәn әmәliyyat nәticәsindә 36 miqrant tutulub.

Rayon Jandarm Komandanlığına aparılan miqrantlara yemәk yaplanılıb.

Miqrantlar Başkale Dövlәt xәstәxanasında aparılan tibbi yoxlanışdan sonra Miqrasiya İdarәsinә tәhvil verilib.

Sivas şәhәrindә dә ölkә әrazisinә qeyri-qanuni yollarla daxil olmağa çalışan 17 miqrant saxlanılıb.

Qeyd edәk ki, tutulan miqrantlar keçirilәn әmәliyyatlardan sonra Şәhәr Miqrasiya İdarәsinә tәhvil verilib.



Әlaqәli Xәbәrlәr