"ABŞ-ın terror təşkilatlarıyla əməkdaşlığı “biabırçılıq”dır", B.Yıldırım

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının terror təşkilatları ilə əməkdaşlığını “biabırçılıq” adlandırdı.

1073481
"ABŞ-ın terror təşkilatlarıyla əməkdaşlığı “biabırçılıq”dır", B.Yıldırım

    Türkiyənin Ərzincan şəhərində muxtarlarla yeməkdə bir araya gələn B.Yıldırım ABŞ-ın Suriyada separatçı terror təşkilatı YPG/PKK ilə əməkdaşlıq etməsinə reaksiya göstərərək dedi:

  "Müttəfiq deyə düşündüyümüz ABŞ-ın, təəssüf ki, terror təşkilatı ilə strateji əməkdaşlığa girməsi utancverici hərəkətdir. Bu vəziyyəti əsla Türkiyə qəbul edə bilməz.

  Türkiyə bütün diqqətini Fərat çayının şərqinə çevirib. Münbiçdə isə amerikalılar, təəssüf ki, hər zaman olduğu kimi, sözlərini yerinə yetirmədilər. Ayaq sürüyürlər. Bir tərəfdən də Fəratın şərqindən ta İraqa qədər 750 kilometrlik sərhədimizdə PKK-nın Suriya qolu PYD/YPG-yə dəstək verir, ağır silahlarla təchiz edir.

  Suriyada hakimiyyət yox kimidir və vətəndaş müharibəsi gedir. PYD/YPG burada Türkiyəyə qarşı silahlanır.

  Necə ki, Cerablus, əl-Bab, Afrində bunların kökünü kəsdik, Fəratın şərqində də belə edəcəyik. Heç bir yolu yoxdur: ölkəmizə, vətəndaşımıza, mala, cana zərər verən heç bir təşkilatın həyat haqqı yoxdur".



Әlaqәli Xәbәrlәr