Ərdoğan Səudiyyə Ərəbistanı Kralı ilə danışdı

Oktyabrın 19-da telefon söhbəti zamanı itkin düşən səudiyyəli jurnalist Camal Kaşıqçı məsələsi müzakirə olunub.

1072308
Ərdoğan Səudiyyə Ərəbistanı Kralı ilə danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbduləziz telefonla danışıb.

  Oktyabrın 19-da telefon söhbəti zamanı itkin düşən səudiyyəli jurnalist Camal Kaşıqçı məsələsi müzakirə olunub.

  Ərdoğan və Kral Salman Kaşıqçının aqibətinin müəyyən edilməsi məqsədilə başlanılan istintaqın şəffaflığı baxımından hər iki ölkənin tam bir iş birliyi içində işləməsinin əhəmiyyətinə diqqəti çəkib. Söhbət zamanı ölkələr arasında həyata keçirilməkdə olan cinayət işlərinin gedişatının qarşılıqlı informasiya mübadiləsi sayəsində aşkara çıxarıldığı danışılıb.

  Qeyd edək ki, Ərdoğan və Kralı Salman məsələ ilə əlaqədar olaraq ötən bazar axşamı (14 oktyabr) telefonla fikir mübadiləsi aparmışdılar.



Әlaqәli Xәbәrlәr