"Etnik ayrı-seçkilik salanlar hər zaman qarşısında bizi görəcək", R.T.Ərdoğan

Diyarbəkirdə Gənclik Festivalının bağlanış mərasimində çıxış edən Ərdoğan dedi...

1072446
"Etnik ayrı-seçkilik salanlar hər zaman qarşısında bizi görəcək", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə etnik ayrı-seçkilik salanların hər zaman qarşısında olacaqlarını vurğuladı.  

  Diyarbəkirdə Gənclik Festivalının bağlanış mərasimində çıxış edən Ərdoğan deyib:

  “Diyarbəkiri istismar etmək üçün deyil, abad etmək, inkişaf yoluna qoymaq, yüksəltmək, əmin-amanlıq və firavanlığa qovuşdurmaq üçün çalışırıq.  

 Türkiyə bu gün həm özünü müdafiə, həm də gələcəyini inşa etmək səyi içindədir. Şükürlər ki, hər iki məsələdə çox əhəmiyyətli yol keçmişik. 

  Bölgemiz üzərində xəyanətkar əməlləri olanların maşalığını edərək bu xalqa xidmət etmək olmaz.

  Mənliklərini bir dollara Amerikadakı şarlatana (Fətullah Gülən) satan FETÖ-çülər və İslam adından istifadə edib müsəlmanları qətl edən DAEŞ-lilərlə öz xalqına, ölkəsinə güllə sıxan separatçı terrorçuların (PKK) heç bir fərqi yoxdur.

  Adı və iddiası nə olursa olsun, bütün terror təşkilatlarının ipinin ucu eyni yerə gedib çıxır.

  Bu ölkədə etnik ayrı-seçkilik edənlər qarşısında əvvəl-axır bizi görür və görəcək.

  Özünə başqa kimlik arayan, başqa dövlət axtaran, yaxın tarixdə də bir çox nümunəsini gördüyümüz kimi, evini də, yurdunu da, ailəsini də, şərəfini da itirməyə məhkum olur".



Әlaqәli Xәbәrlәr