"Ümidlərin hələ də canlı olmasının ən böyük səbəbkarı Türkiyədir", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin təhlükəsizliyi üçün milli əməliyyatlarla yanaşı, humanist duruşu ilə də dünyanın təqdirini qazandığını vurğuladı.

1072083
"Ümidlərin hələ də canlı olmasının ən böyük səbəbkarı Türkiyədir", R.T.Ərdoğan

   Türkiyənin İzmir şəhərinin Doqquz Eylül Universitetinin tədris ilinin açılış mərasiminə iştirak edən Ərdoğan çıxışında Suriyada vətəndaş müharibəsinə toxunub:

  “Hamının arxa çevirdiyi Suriyada ümidlərin hələ də canlı olmasının ən böyük səbəbkarı Türkiyədir.

  Türkiyə terrorla mübarizədə böyük uğur əldə edib. İraqdan Suriyaya, Avropadan Orta Asiyaya qədər dünyanın hər yerində terrorçulara həyatı zindan edirik. “Yuvalarına girəcəyik” dedik və etdik. Bu, Afrində də, İdlibdə də, Cerablusda da belədir. Biz olmasaydıq, bəlkə bu insanlar da indi sağ olmayacaqdı."

  Ərdoğan çıxışında bəzi dairələrin dollar kursu üzərindən Türkiyə iqtisadiyyatını çətinəsalma cəhdlərinə də münasibət bildirərək bunları söyləyib:

  "Son günlər valyuta məzənnəsi bir az yüksəldi, faizlər də, inflyasiya da yerindən oynadı. Bəziləri dərhal əllərini ovuşdurmağa başladı. Amma biz hədəflərimizdən bərk yapışdıq və lazım olan tədbirləri görərək yolumuza davam etdik. Cari kəsiri ortadan qaldırmağa yönəlik addımları bir-bir atırıq. İstədiklərini gözləyənlər hər zamankı kimi ziyana düşdü".



Әlaqәli Xәbәrlәr