Konsulluğun əməkdaşları Kaşıkçı ilə bağlı ifadə verdi

Amerikanın “Vaşinqton Post” qəzetinin Səudiyyə Ərəbistanlı jurnalisti Camal Kaşıkçı 2 oktyabrda ölkəsinin İstanbul Baş Konsolosluğuna girdikdən sonra yoxa çıxmasıyla əlaqədar istintaq çərçivəsində konsolluq işçilərindən ifadə alındı.

1072178
Konsulluğun əməkdaşları Kaşıkçı ilə bağlı ifadə verdi

  Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun əməkdaşları Camal Kaşıkçının itkin düşməsilə bağlı istintaq çərçivəsində prokurorluqda ifadə verdi.

  Amerikanın “Vaşinqton Post” qəzetinin Səudiyyə Ərəbistanlı jurnalisti Camal Kaşıkçı 2 oktyabrda ölkəsinin İstanbul Baş Konsolosluğuna girdikdən sonra yoxa çıxmasıyla əlaqədar istintaq çərçivəsində konsolluq işçilərindən ifadə alındı.

  Konsulluğun aralarında sürücü, texniki nəzarətçi, mühasib və digər işmilərin də olduğu 15 türkiyəli işçisi şahid kimi ifadə vermək üçün İstanbulun Çağlayan qəsəbəsindəkli Ədliyyə Sarayına çağırıldı. Aparılan istintaq çərçivəsində sözügedən şəxslərin ifadələri birdən çox müstəntiq tərəfindən qeyd edildi.  

  Səudiyyə Ərəbistanı üçün islahatlar qəzeti olan “Al Watan” və eyni zamanda, “Vaşinqton Post” qəzetində yazıları çıxan Camal Kaşıqçıdan Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedəndən bəri bir xəbər yoxdur.

  Polis məlumatına görə, baş konsulluq binasına eyni saatlarda 2 təyyarə ilə İstanbula gələn, aralarında rəsmilərin də yer aldığı 15 Səudiyyə vətəndaşı daha sonra gəldikləri ölkələrə geri qayıtdıqlarını müəyyən olunub, amma Camal Kaşıkçıdan hem bir xəbər yoxdur.  

  Məsələ ilə bağlı Türkiyə və Səudiyyə Ərəbistanlı nümayəndələrdən ibarət müştərək iş qrupu yaradılıb.



Әlaqәli Xәbәrlәr