Rәcәb Tayyib Әrdoğan vә Aleksandr Vucic arasında telefon danışığı olub

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan  vә Serbiya prezidenti Aleksandr Vucic arasında telefon danışığı olub.

1070180
Rәcәb Tayyib Әrdoğan vә Aleksandr Vucic arasında telefon danışığı olub

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan  vә Serbiya prezidenti Aleksandr Vucic arasında telefon danışığı olub.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә  Serbiya prezidenti Aleksandr Vucic arasında baş tutan telefon danışığında ikitәrәfli münasibәtlәr müzakirә olunub, hәmçinin bölgәdәki  rifah vә sülhün tәmin edilmәsinin vacibliyinә toxunulub.

İki lider Türkiyə-Serbiya münasibətlərinin  hər sahədə daha da inkişaf etdirilmәsinin vacibliyini vurğulayıblar.

Prezident Ərdoğan və serbiyalı  həmkarı Vucic  Türkiyə və Serbiya arasında yaradılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının əhəmiyyətini qeyd ediblәr.



Әlaqәli Xәbәrlәr