Hezir Noert Pompeonun Türkiyә səfәrilә bağlı açıqlama verdi

Hezir Noert Pompeonun Türkiyәdә keçirdiyi görüşlәr ilә bağlı mәlumat verib.

1070612
Hezir Noert Pompeonun Türkiyә səfәrilә bağlı açıqlama verdi

Amerika Birləşmiş Ştatlarının Dövlәt Departamentinin mәtbuat katibi  Hezir Noert (Heather Nauert) dövlәt katibi Mayk Pompeonun  Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan  vә Xarici İşlәr naziri Mövlud Çavuşoğlu ilә keçirdiyi görüşlәrdә sәudiyyәli jurnalist Camal Qaşıqçının itkin düşmәsi ilә bağlı istintaqa dәstәk olacaqları  ilә bağlı söz verdiyini bildirib.

Hezir Noert ABŞ dövlәt katibi Mayk Pompeonun Türkiyәdә keçirdiyi görüşlәr ilә bağlı bәyanat verib.  

Dövlәt katibi Mayk Pompeonun Prezident Rәcәb Tayyib Әrdoğanla keçirdiyi  görüşdә Suriya mәsәlәsi daxil olmaqla ikitәrәfli mәsәlәlәrin müzakirә olunduğunu bildirәn Hezir Noert Mayk Pompeonun keşiş Bransonun azad edilmәsi mәsәlәsi ilә bağlı  duyduqları mәmnuniyyәti dilә gәtirdiyini bildirib.

Hezir Noert Pompeonun hәmçinin Rәcәb Tayyib Әrdoğana sәudiyyәli jurnalist Camal Qaşıqçının itkin düşmәsi ilә әlaqәdar ABŞ-ın qayğılarını çatdırdığını  vә istintaq prosesinә dәstәk vermәyә hazır olduqlarını bildirdiyini vurğulayıb.

Mayk Pompeonun Türkiyәli hәmkarı Mövlud Çavuşoğlu ilә dә bir araya gәldiyini ifadә edәn Hezir Noert tәrәflәrin Suriya, İran vә terrorla mübarizә mövzuları әtrafında fikir mübadilәsi apardıqlarını deyib.

Hezir Noert görüşdә Pompeonun Çavuşoğluna keşiş Bransonun azad edilmәsi mәsәlәsi ilә bağlı duyduqları mәmnuniyyәti ifadә etdiyini  vә Camal Qaşıqçının itkin düşmәsi ilә bağlı aparılan istintaqa dәstәk vermәyә hazır olduqlarını bildirdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr