Ankara-Roma uçuşları 60 il sonra yenidən başladı

Türkiyə Hava Yolları (THY) Ankara-Roma birbaşa uçuşlarını 60 il sonra yenidən başlayır.

1070386
Ankara-Roma uçuşları 60 il sonra yenidən başladı

 THY Mətbuat Xidmətindən verilən məlumata görə, İtaliyaya Ankaradan ilk uçuş 1959-ci ildə olub və bu xətt 60 il sonra iki ölkənin paytaxtları arasında yenidən bərpa olunur.  

  Ankara-Roma uçuşları 2019-cu ilin 7 yanvarından etibarən həftədə qarşılıqlı olaraq 2 dəfə (bazar ertəsi və cümə) planlaşdırılır.

  Səfərə aid biletlər artıq satışa təqdim olunub.

  Qeyd edək ki, THY İstanbul Atatürk Hava Limanından (İST) Roma, Milan, Venesiya, Pisa, Boloniya, Neapol, Katanya və Bariyə, İstanbul Sabiha Gökçen Hava Limanından (SAW) isə Roma və Milan da daxil olmaqla İtaliyada ümumilikdə 8 nöqtəyə yay tarifi üzrə həftədə 131 uçuş həyata keçirir.



Әlaqәli Xәbәrlәr