Türkiyə və Səudiyyə rəsmiləri konsulluqda axtarışa başladı

İstanbul Respublika Baş Prokurorluğu da itkin düşən jurnalistin aqibətilə bağlı istintaqa başlayıb.

1069296
Türkiyə və Səudiyyə rəsmiləri konsulluqda axtarışa başladı

  Səudiyyə jurnalisti Camal Kaşıqçıdan Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduğu 2 oktyabrdan bu yana xəbər alınmaması ilə bağlı yaradılan birgə işçi qrupunda Türkiyə və Səudiyyə rəsmiləri konsulluqda axtarış aparır.

  Baş konsulluğa ilk olaraq mülki nömrəli maşınlarla Səudiyyə, az sonra birgə işçi qrupu ilə Türkiyə rəsmiləri binaya girdi.

  Qeyd edək ki, birgə işçi qrupu təklifi ötən həftə Səudiyyə Ərəbistanı tərəfindən edilib. İstanbul Respublika Baş Prokurorluğu da itkin düşən jurnalistin aqibətilə bağlı istintaqa başlayıb.



Әlaqәli Xәbәrlәr