Mövlud Çavuşoğlu E.Bransonla bağlı açıqlama verib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu İngiltәrәyә sәfәr edib.

1068294
Mövlud Çavuşoğlu E.Bransonla bağlı açıqlama verib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu İngiltәrә XİN rәhbәri Ceremi Huntla  (Jeremy Hunt) ikitәrәfi görüş keçirmәk üçün Londona sәfәr edib.

Mövlud Çavuşoğlu Londonda jurnalistlәrә verdiyi açıqlamada amerikalı keşiş Endryu Bransonun mühakimә olunması mәsәlәsinә toxunub.

‘‘Ümidvaram ki, ABŞ tәzyiqlә Türkiyәdәn nәticә әldә edә  bilmәyәcәyini anlamışdır. Mәhkәmә qәrarına  riayәt edilmәlidir’’,-deyә Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu qeyd edib.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә  İngiltәrә XİN rәhbәri Ceremi Huntla ikitәrәfli görüşlәr keçirәcәk.

Mövlud Çavuşoğlunun İngiltərə Xarici İşlər naziri ilə keçirәcәyi görüşlərdə siyasi və iqtisadi münasibətlər, təhlükəsizlik və terrorla mübarizə sahələrində əməkdaşlıq kimi ikitərəfli məsələlərlə yanaşı, başda Suriyadakı vəziyyət olmaqla  regional proseslər, Avropa ittifaqı ilә  bağlı məsələlər və Brexit  prosesi әtrafında fikir mübadilәsinin aparılması nәzәrdә tutulur.



Әlaqәli Xәbәrlәr