Türkiyəyə qeyri-qanuni girən və çıxan qaçqınlar yaxalandı

... Qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan, qaçqınları daşıyan təknə İzmirin Karaburun sahillərində alt-üst oldu.

1066204
Türkiyəyə qeyri-qanuni girən və çıxan qaçqınlar yaxalandı

  Türkiyənin İzmir rayonunun Karaburun sahillərində nizamsız immiqrantları daşıyan təknənin batması nəticəsində 8 nəfər öldü.

  Qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan, qaçqınları daşıyan təknə İzmirin Karaburun sahillərində alt-üst oldu.

  Axtarış-xilasetmə işləri nəticəsində 6-sı quruda və 2-si dənizdə olmaqla 8 nəfərin cəsədi tapılıb. Bir qadın qurtarılıb. Xilas edilən qadının verdiyi məlumatın izilə itkin 30 qaçqınla bağlı axtarış-xilasetmə əməliyyatı başlanılıb.

  İzmirin Çeşmə qəsəbəsində isə qeyri-qanuni yollarla ölkə xaricinə çıxmağa çalışan 67 qaçqın yaxalanıb. Hadisə belə baş verib. Təhlükəsizlik qüvvələri Dalyan məhəlləsində şübhələndikləri bir avtomobil və iki ticarət maşınını saxlatdırıb. Maşınlarda Suriya, İraq və Əfqanıstandan olan 67 miqrant olduğu müəyyənləşib. Əməliyyatdan sonra qaçqınlar İzmir Rayon Miqrasiya İdarəsinə təhvil verilib.

  Vanın Gevaş qəsəbəsində, əksinə, ölkəyə qeyri-qanuni yollarla daxil olan 24 qaçqın yaxalanıb. Gevaş polisləri Cümhuriyyət məhəlləsində gəzən və Əfqanıstandan olduqları öyrənilən 24 nəfəri saxlayıb. Bu adamların ölkəyə qeyri-qanuni yollarla girdiyi müəyyənləşib. Əməliyyatdan sonra onlar Rayon Miqrasiya İdarəsinə göndərilib.

  Aydın rayonunun Didim qəsəbəsi sahillərində xarab olan təknədə ümidsiz vəziyyətdə qalan 10 qaçqın xilas edilib. Sahil Təhlükəsizlik Komandanlığı dəstəri patrul vəzifəsini icra edərkən Tekağaç Burnunda hərəkətsiz təknə olduğunu görüb. İçərisində 10 nəfərin olduğu təknənin xarab olduğu, köçkünlərin çarəsiz qaldığı müəyyən edilib. Əməliyyatdan sonra qaçqınlar Aydın Rayon Miqrasiya İdarəsinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr