PKK-nın əlində nə qədər uşaq var?

Məqsədinə çatmaq üçün qadın-uşaq, yaşlı-gənc bilmədən adamları öldürən, hər cür şiddət tətbiq edən PKK varlığını sürdürmək üçün qadın və gənclərin dəstəyinə böyük əhəmiyyət verir.

1066164
PKK-nın əlində nə qədər uşaq var?

  Separatçı terror təşkilatı PKK-nın əlində ailələrindən zorla aldığı 679 uşaq var.

  Məqsədinə çatmaq üçün qadın-uşaq, yaşlı-gənc bilmədən adamları öldürən, hər cür şiddət tətbiq edən PKK varlığını sürdürmək üçün qadın və gənclərin dəstəyinə böyük əhəmiyyət verir.

  Yetkinlik çağına yeni girmiş və şəxsiyyət vəsiqəqini yeni almış uşaqları şəbəkələrinə daxil etməkdən çəkinməyən terror təşkilatı gənclərin təşkilatlanması və sıralarına qoşulması üçün psixoloji üsullara əl atır.

  PKK-nın istər dağ və çöl, istərsə də şəhər mərkəzlərində, sözdə müxtəlif komitələrində iş tapşırılanrın arasında uşaq və gənclər vardır. Əsasən 14-18 yaş arası olan və ailələrindən qoparılıb zorla savaşa göndərilən uşaqların sayı 679-dur.

  PKK son 9 ayda 15 yaşdan aşağı 47 uşağı həm yaxşı həyat vədilə aldadaraq, həm təhdid edərək, həm də qaçıraraq zorla terrorçu edib.

  Yaxalanan və ya təşkilatdan qaçan gənc terrorçuların ifadələri bu həqiqəti ortaya qoyub.

  Qeyd edək ki, separatçı təşkilat 2014-cü ildə 305, 2015-ci ildə 424, 2016-cı ildə 222, 2017-ci ildə isə 88 uşağı təhdid və təzyiq yolu ilə silahlandırıb. Ümumilikdə isə terror təşkilatının 1990-2018-ci illər arasında ailəsindən qoparıb təşkilatın fəaliyyətində iştirak etməyə məcbur etdiyi 15 yaşa qədər uşaqların sayı 1466 nəfəri keçib.

  Ölkənin təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları sayəsində son 3 ildə terror təşkilatına qatılan uşaqların sayında ciddi azalma baş verib.



Әlaqәli Xәbәrlәr