“Macarıstan ilə aramızdakı həmrəylik nümunə təşkil edir”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə yaydığı “Macarıstan səfəri” başlıqlı yazısında səfərini dəyərləndirdi.

1065599
“Macarıstan ilə aramızdakı həmrəylik nümunə təşkil edir”, R.T. Ərdoğan

Macaristan ilə NATO, Avropa Şurası və Avropa İttifaqı (Aİ) kimi beynəlxalq təşkilatlar çərçivəsindəki həmrəyliyimiz nümunə təşkil edir.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə yaydığı “Macarıstan səfəri” başlıqlı yazısında qeyd edib.

Ərdoğan deyib ki, dərin və köklü əlaqələrimizin olduğu Macarıstan ilə əməkdaşlığımızı gücləndirmək üçün qarşılıqlı cəhd göstəririk. Macaristan ilə NATO,Avropa Şurası və Avropa İttifaqı (Aİ) kimi beynəlxalq təşkilatlar çərçivəsindəki həmrəyliyimiz nümunə təşkil edir. 2013-cü ildə təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası ilə son 5 ildə Macarıstan ilə ikitərəfli əlaqələrdə hər sahədə önəmli addımlar atıldı. 2013-2017-ci illər arasında ikitərəfli ticarət həcmimiz 38 faiz artaraq 2,6 milyard dollara çatıb.

Ərdoğan səfəri çərçivəsində iş dünyası ilə səmərəli görüşlər keçirilməsində vasitəçi olan Türkiyə-Macarıstan İş Forumu ilə 5 milyard dollarlıq ticarət həçmi hədəfinə əmin addımlarla irəliləyəcəklərini, nəqliyyatdan enerjiyə, tikintidən turizmə, müdafiədən kənd təsərrüfatına qədər geniş sahədə Macarıstan ilə sahib olunan potensiyalı həyata keçirmək üçün qətiyyətli şəkildə işləri davam etdirəcəklərini vurğulayıb.  

Ərdoğan “Afrika və Orta Asiyada imkanlarımızı birləşdiririk. Afrikanın inkişaf uğrundakı cəhdlərinə dəstək olmaq məqsədilə Macarıstan ilə birgə fəaliyyətlərimizi davam etdirəcəyik, Asiya ilə Macarıstan arasındakı əlaqələrin daha da inkişaf etməsi barədə dəstəyimizi də eləcə. Türklər və Macarların əsrlərə söykənən köklü dostluğunun daha da güclənməsi üçün iki ölkə arasındakı əməkdaşlığı mədəniyyət sahəsində də inkişaf etdirməkdə qətiyyətliyik. Macarıstan prezidenti Janos Aderi başda olmaqla şəxsimə və heyətimə göstərilən qonaqpərvərlik üçün bütün Macar xalqına minnətdarlığımı təqdim edirəm” deyib.

Qeyd edək ki,Ərdoğan bazarertəsi və çərşənbə axşamı günü Macarıstana rəsmi səfər reallaşdırdı.



Әlaqәli Xәbәrlәr