Prezident Ərdoğan Macarıstanda Gül Baba türbəsinin açılış mərasimində iştirak edib

Türkiyə-Macarıstan arasındakı əməkdaşlıq iki ölkənin birgə mədəniyyət irsi əsasında kök salmağa davam edəcək.

1065429
Prezident Ərdoğan Macarıstanda Gül Baba türbəsinin açılış mərasimində iştirak edib

Türkiyə-Macarıstan arasındakı əməkdaşlıq iki ölkənin birgə mədəniyyət irsi əsasında kök salmağa davam edəcək.

Bunu Macarıstanda səfərdə olan prezident Rəcəb Tayyib Ərdoğan  bu ölkənin Baş naziri Viktor Orban ilə Gül Baba Türbəsinin açılış mərasimində etdiyi çıxışda deyib.

Ərdoğan iki ölkə arasındakı kökyü dostluğun simvollarından birinin açılışını etdiklərini vurğulayaraq deyib ki, əmaməsində daşıdığı gülllərə görə bu adla tanınmış  Bəktaşi dərvişi Gül Baba 477 il əvvəl şəhadətə yetişib. Təmsil etdiyi dəyərlər və şaxsində simvollaşan xislətlər daha da əhəmiyyət qazanan Gül Baba bütün Macarıstanda tanınır.  Gül Baba adı vəfa, cəsarət, ədalət, fədakarlıq, hörmət və səvgi kimi dəyərləri özündə cəmləşdirib. Zamana meydan oxuyan Gül baba türbəsinə sadəcə ortaq tarixi xatırladan bir ata yadigarı kimi baxılmamalıdır. Gül Baba adıyla, xatirələrilə, alimliyilə burada yatır. Ümid edirəm ki, gələcək əsrlərdə də Gül Baba mənəvi irsilə iki ölkə dostluığunun simvolu olmaqda davam edəcək. Macar xalqı Gül Baba türbəsinin qorunmasına böyük əhəmiyyət verib, etina göstərib. Belə olduqda da türbə bütün görkəmilə bugünə gəlib çıxıb.

Macarıstandakı ortaq tarixi və mədəniyyət irsinin sadəcə Gül Baba türbəsindən ibarət olmadığını dilə gətirən Ərdoğan iki ölkənin qədim dostluğunu, həmrəyliyini və ortaq tarixini təmsil edən hələ bir çox əsərin olduğunu vurğulayıb.

Ərdoğan “Türk Macar əməkdaşlığı Gül Baba həzrətlərinin mənəvi kölkəsi altında kök salmaqda davam edəcək. Açılışını etdiyimiz Gül Baba türbəsinin macar xalqı və Budapeşt üçün xeyirli və uğurlu olmasını diləyirəm. Bu abidəvi əsərin iki ölkə arasındakı dostluq əlaqələrinin daha da güçlənməsində amil olmasını təmənni edirəm” deyə bildirib.



Әlaqәli Xәbәrlәr