Türkiyә Qızıl Aypara Cәmiyyәti 300 әfqanıstanlı ailәyә humanitar yardım çatdırıb

Türkiyə  Əfqanıstanın paytaxtı Kabildə yardıma möhtac olan 300 ailәyә  humanitar yardım çatdırıb.

1064299
Türkiyә Qızıl Aypara Cәmiyyәti 300 әfqanıstanlı ailәyә humanitar yardım çatdırıb

Türkiyə  Əfqanıstanın paytaxtı Kabildə yardıma möhtac olan 300 ailәyә humanitar yardım çatdırıb.

Türkiyә Qızıl Aypara Cәmiyyәti tәrәfindәn tәşkil olunan vә Әfqanıstan Qızıl Aypara Cәmiyyәtinin ofisindә  keçirilәn mәrasimdә Türkiyәnin Kabildәki sәfiri Oğuzhan Ertuğrul, Daxili İşlәr Nazirliyinin Miqrasiya İdarәsinin Baş direktorunun müavini Abdullah Ayaz, Türkiyә Qızıl Aypara Cәmiyyәtinin Baş direktoru İbrahim Altan, Baş direktorun müavini Alper Küçük, Türkiyәnin Kabildәki sәfirliyinin Daxili İşlәr Nazirliyinin müşaviri İlker Türkbayrak vә Türkiyә Qızıl Aypara Cәmiyyәtinin Әfqanıstandakı nümayәndә heyәtinin rәhbәri Mücahit Salih Duran  iştirak ediblәr.

Türkiyә Qızıl Aypara Cәmiyyәtinin Baş direktoru İbrahim Altan mәrasimdәki çıxışında Әfqanıstan xalqının tәxminәn 40 ildir müharibәdәn әziyyәt çәkdiyini vurğulayıb.

Türkiyә Qızıl Aypara Cәmiyyәti olaraq Әfqanıstan xalqına yardım etmәk üçün  bu ölkәdә ofiq açdıqlarını ifadә edәn İbrahim Altan ofisin Әfqanıstan Qızıl Aypara Cәmiyyәti ilә yardım fәaliyyәtlәrini davam etdirdiyini bildirib.

İbrahim Altan  Әfqanıstanda yardıma möhtac insanların vә işsiz sayının çox olması sәbәbindәn yardım fәaliyyәtlәrinin davam etdirilәcәyini qeyd edib.



Әlaqәli Xәbәrlәr