28 sentyabr - 4 oktyabr tarixləri arasında Türkiyədə terror əməliyyatları

Baş Qərargahdan verilən həftəlik məlumatlandırmaya görə...

1063423
28 sentyabr - 4 oktyabr tarixləri arasında Türkiyədə terror əməliyyatları

  Son bir həftədə ikisi sözdə lider olmaqla Türkiyədə separatçı terror təşkilatı PKK mənsubu 68 terrorçu zərərsizləşdirilib.

  Baş Qərargahdan verilən həftəlik məlumatlandırmaya görə, ölkənin daxili və xaricində, başqa PKK/KCK/PYD-YPG və DAEŞ olmaqla terror təşkilatları ilə mübarizə davam edir. Bu çərçivədə 28 sentyabr - 4 oktyabr tarixləri arasında terror təşkilatı PKK/KCK-nin məskunlaşma sahəsi və ölkə içinə keçid marşrutu kimi istifadə etdiyi Şırnak, Siirt, Diyarbəkir, Ağrı və İraqın şimalında aparılan iri və orta miqyaslı əməliyyatlarda, ikisi sözdə lider olan, ölkə içində 12 və xaricində 56 olmaqla 68 terrorçu zərərsizləşdirilib.

  Çox sayda silah və sürsatın ələ keçirildiyi əməliyyatlar zamanı 9 əsgər şəhid olub, 9-u yaralanıb.

  Terror təşkilatı PKK/KCK-nın maliyyə mənbələri olan qaçaqmalçılıq və narkotika ilə mübarizə çərçivəsində isə 20 min 820 paket siqaret, 295 litr yanacaq, 85,7 kilo narkotik, 38 mobil telefon və 85 kiçik baş heyvan ələ keçirilib.

  Əməliyyatlarla PKK/KCK üzərində yaradılan təzyiq nəticəsində terror təşkilatının sərbəst hərəkət etməsi məhdudlaşdırılıb.

  Zeytun Budağı Hərəkatının başlanğıcından etibarən zərərsizləşdirilən ümumi terrorçu sayı isə 4584-dür.



Әlaqәli Xәbәrlәr