Türkiyə rəsmiləri “mübarizəmiz səngiməyəcək” dedi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər şəhidlərin qanının yerdə qalmayacağını vurğulayaraq dedilər...

1062603
Türkiyə rəsmiləri “mübarizəmiz səngiməyəcək” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin qanının yerdə qalmayacağını vurğuladı.  

  Prezident Kompleksində Məscidlər və Dindarlar Həftəsi münasibətilə keçirilən tədbirdə çıxış edən R.T.Ərdoğan deyib:

  “Separatçı terror təşkilatı PKK tərəfindən Batmanda bombalı hücum nəticəsində yeddi əsgərimiz şəhid oldu, ikisi yaralandı.

  Terrorizmlə mübarizəni durmadan qətiyyətlə davam etdiririk, etdirəcəyik də. Şəhidlərimizin, qazilərimizin qanlarını yerdə qoymayacağıq.”

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırm isə İzmirdə qatıldığı Ege Universiteti 2018-2019-cu tədris ilinin açılış və Fəxri Doktor adı alması münasibətilə təşkil edilən mərasimdə terror hücumuna toxunaraq deyib:

  “Son terrorçu aradan qaldırılana qədər mübarizəmiz davam edəcək”.

  Prezident Aparatı sözçüsü İbrahim Qalın Batmanda 7 əsgərin şəhid olmasıyla bağlı sosial media hesabından mesaj paylaşıb:

  "Batmanın Hasankeyf qəsəbəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Hamımızın başı sağ olsun. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Nə etsələr etsinlər, al bayrağımız azad dalğalanmağa davam edəcək".

  Milli Müdafiə naziri Hulusi Akar Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısında mətbuata verdiyi açıqlamada bildirib:

  “Alçaq və xain hücum nəticəsində 7 şəhidimiz və yaralarımız var. Mən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Millətimizin başı sağ olsun. Terrorla mübarizəmiz ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəkdir".



Әlaqәli Xәbәrlәr