Türkiyə hərbçilərinin İraqda və Suriyada qalma müddəti uzadılıb

Bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) qərar qəbul edib.

1061887
Türkiyə hərbçilərinin İraqda və Suriyada qalma müddəti uzadılıb

Türkiyə Silahlı Qüvvələrinin İraqda və Suriyada olan hərbçilərinin qalma müddəti daha bir il uzadılıb.

Bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) qərar qəbul edib.

İclasda çıxış edәn Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri və Әdalәt vә İnkişaf Partiyasının  Sivas üzrә millәt vәkili İsmət Yılmaz  Türkiyənin  uzun zamandır  terrorla mübarizə apardığını qeyd edib.

Dəyişən və artan ekoloji çətinliklərə baxmayaraq terrorla mübarizənin qәtiyyәtli şəkildә davam etdirildiyini bildirәn İsmәt Yılmaz: "Türkiyә terrora qarşı mübarizәsini qәtiyyәtlә davam etdirәcәk. İraq və Suriyadakı qeyri-sabit siyasi mühitdən istifadә edәrәk  ölkəmizin cənub sərhədlərində terrorçuların mövcudluğuna, onlara tәlim keçilmәsinә vә terror hücumlarının törәdilmәsinә icazә verilmәyәcәk’’ deyә qeyd edib.

İsmәt Yılmaz bildirib ki,  son dövrdə Türkiyənin cənub sərhədlərində baş verən proseslər qanun layihәsinin dәstәklәnmәsinin nә dәrәcә әhәmiyyәtli olduğunu bir daha göstәrdi.

Yılmaz hәmçinin vurğulayıb ki, İraqdakı  qeyri-sabitlik  terror təşkilatı PKK-nın bölgədəki  mövcudluğunu davam etdirməsini və Suriya üzərindən əldə etdiyi silahlarla Türkiyədə terror aktları törәtmәsini asanlaşdırır.

‘‘Terror tәşkilatı PKK İraq tәhlükәsizlik qüvvәlәrinin nәzarәtindәki bölgәlәrdә mövcudluğunu davam etdirir.  İraq hökumətindən dünən olduğu kimi bu gün də gözləntimiz  terror təşkilatı PKK-nın İraq torpaqlarındakı mövcudluğunun  sona çatdırılması üçün  ölkəmizlə əməkdaşlıq etməsidir. İraq hökuməti və İraqın Kürd Regional Rəhbərliyinin  PKK terror təşkilatına qarşı lazımi addımlar atmaması Şimali İraqdan ölkəmizə yönələn terror təhdidinin və terror hücumlarının davam etmәsinә sәbәb olur’’ deyә Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri və Әdalәt vә İnkişaf Partiyasının  Sivas üzrә millәt vәkili İsmət Yılmaz  vurğulayıb.



Әlaqәli Xәbәrlәr