"TRT World Forum"a sayılı günlər qaldı

Türkiyə Radio Televiziya Qurumunun (TRT) ingilis dilli kanalı- "TRT World"-ün təşkil etdiyi "TRT World Forum"a sayılı günlər qaldı.

1060285
"TRT World Forum"a sayılı günlər qaldı

Türkiyə Radio Televiziya Qurumunun (TRT) ingilis dilli kanalı- "TRT World"-ün təşkil etdiyi "TRT World Forum"a sayılı günlər qaldı.
 
 Oktyabrın 3-də başlayacaq forumun mövzusu "Parçalanmış  Dünyada Sülh və Təhlükəsizliyi Yenidən Düşünmək" olacaq.
 
 Forumda Dünyanın dörd tərəfindən gələn  altı yüz qlobal düşüncə lideri sülh şəraitində yaşamağın formullarını axtaracaq.
 
 Terror hücumları, humanitar böhranlar və vətəndaş müharibələri üzündən parçalanmış bir dünyada sülh və təhlükəsizlik bərqərar edilə bilərmi?
 
 "TRT World Forum"da məhz bu suala cavab axtarılacaq.
 
İkinci dəfə keçirilən forum bu il daha geniş bir coğrafiyaya səslənir.
 
 Altı yüzə yaxın yüksək səviyyəli rəhbər, mütəxəssis, siyasətçi və aktivist bu forumda görüşəcək.
 
 İordaniya Haşimi Krallığının Kraliçası Rania Əl Abdullah, Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai, Livanın sabiq prezidenti Fuad Siniora, Dünya İqtisadi Forumunun direktoru Börge Brende (Borge Brende), İngiltərənin sabiq Xarici İşlər naziri Cek Stro (Jack Straw) bu şəxslərin arasındadırlar.

TRT World Forum 3-4 oktyabr tarixlərində İstanbulda keçiriləcək. 



Әlaqәli Xәbәrlәr