Ərdoğan İndoneziya prezidentinə başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan İndoneziya prezidenti Coko Vidodoya başsağlığı verdi.

1060284
Ərdoğan İndoneziya prezidentinə başsağlığı verdi

 Türkiyə Prezident Aparatından verilən məlumata görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə İndoneziya prezidenti Coko Vidodo arasında telefon danışığı olub.
 
Türkiyə prezidenti telefon görüşündə Sulavesi adasında zəlzələ və sunami nəticəsində 1300-ə yaxın insanın həlak olmasına görə dərindən kədərləndiyini bildirərək, Vidodoya başsağlığı verib.
 
Ərdoğan Türkiyənin indoneziyalı qardaşlarının kədərlərini bölüşdüyünü vurğulayıb, Türkiyənin baş verən böyük fəlakətlə bağlı AFAD və Qızılay başda olmaqla, bütün qurum və təşkilatları ilə  hər növ yardıma hazır olduğunu  qeyd edib.



Әlaqәli Xәbәrlәr