Mövlud Çavuşoğlu Dünya İqtisadi Forumunun rəsmi axşam yeməyinə qatıldı

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dünya İqtisadi Forumunun rəsmi axşam yeməyinə qatıldı.

1060723
Mövlud Çavuşoğlu Dünya İqtisadi Forumunun rəsmi axşam yeməyinə qatıldı

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dünya İqtisadi Forumunun rəsmi axşam yeməyinə qatıldı.

Dünya İqtisadi Forumunun Cenevrə şəhərindəki mərkəzindəki axşam yeməyi mətbuata qapalı keçirildi.

Yeməkdə Dünya İqtisadi Forumunun qurucusu və rəhbəri Klaus Schwab açılış nitqi ilə çıxış etdi. 

Rəsmi yeməkdə Avropanın qlobal səviyyədə rolu və Balkan ölkələrindəki son proseslərin müzakirə edildiyi öyrənildi.

Axşam yeməyində Çavuşoğlu və Schwabla yanaşı Sloveniya prezidenti Borut Paxor, Serbiyanın Baş naziri Ana Brnabic, Xorvatiya Baş naziri Andrej Plenkoviç, Albaniyanın Baş naziri Edi Rama, Almanya Müdafiə naziri Ursula Von Der Leyen, Çernoqoriya Baş nazirinin müavini Zoran Pazin,  Slovakya Xarici İşlər naziri Miroslav Lajcak və Dünya İqtisadi Forumunun rəhbəri Borge Brende iştirak etdilər.

Mövlud Çavuşoğlu bu gün Qərbi Balkanlar Strateji Dialoq Liderlər Toplantısına qatılacaq.

 



Әlaqәli Xәbәrlәr