XİN M.Çavuşoğlu: “Türkiyə yardıma hazırdır”

Türkiyə, zəlzələ və sunami fəlakətinin yaşandığı İndoneziyaya yardım etməkdə hazır olduğunu bildirdi.

1059995
XİN M.Çavuşoğlu: “Türkiyə yardıma hazırdır”

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, İndoneziya xarici işlər naziri Retno Marsudi ilə telefonda danışıb.

Siyasi mənbələrdən əldə edilən məlumata görə, nazir Çavuşoğlu danışıq zamanı Türkiyənin, zəlzələ və sunami fəlakətinin yaşandığı İndoneziyaya yardıma hazır olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan da, dünən Twitter hesabından yaydığı bəyanatda Türkiyənin, İndoneziyanın yaralarının bağlanması üçün hər cür köməyə hazır olduğunu bildirib. Zəlzələ və sunamidə həyatını itirənlər üçün başsağlığı verib və yaralananlara təcili şəfa diləyib.

Qeyd edək ki, İndoneziyanın Sulawesi adasında baş vermiş 7.4 bal gücündəki zəlzələ və sunami nəticəsində ölənlərin sayı min 203-ə çatıb.



Әlaqәli Xәbәrlәr