Türkiyə İsraili sərt sözlərlə qınadı

Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin Qəzzada günahsız dinc vətəndaşlara qarşı zorakılığı və qeyri-bərabər gücdən istifadə edilməsini qınadı.

1059560
Türkiyə İsraili sərt sözlərlə qınadı

Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin Qəzzada günahsız dinc vətəndaşlara qarşı zorakılığı və qeyri-bərabər gücdən istifadə edilməsini qınadı.

Bununla bağlı Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, İsrail təhlükəsizlik qüvvələrinin Qəzzada sülhməramlı nümayiş keçirmə haqqından istifadə edən günahsız vətəndaşlara qarşı həyata keçirdiyi və 7 fələstinlinin ölməsinə, 500-dən artıq fələstinlinin isə yaralanmasına səbəb olan ifrat səviyyədəki və qeyri-bərabər gücdən istifadə etməsini sərt şəkildə qınayırıq. İsrailin işğal altındakı torpaqlarda fələstinlilərə istiqamətli zorakılığını davam etdirməsi fələstinli sivil xalqa qoruma təmin edilməsinə dair BMT Baş Məclisinin qərarının tətbiq edilməsinin daşıdığı əhəmiyyəti bir daha ortaya qoymuşdur. Beynəlxalq ictimaiyyətin məsuliyyət sahibi bütün üzvlərini İsrail təhlükəsizlik qüvvələrinin işlədiyi günahların cinayətkarlarına lazım olan cavabın verilməsinə imkan yaratmağa və gələcəkdə belə hücumların təkrar etməsinin qarşısının alınmasında vacib olan addımları atmağa dəvət edirik. Türkiyə bu məsələnin bexnəlxalq platformalarda təqibçisi və Fələstin dövlətinin və xalqının yanında olmağa davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr