Sudan Türkiyə ilə əlaqələri inkişaf etdirmək və qarşılıqlı ticarəti artırmaq istəyir

Sudan prezidentinin müavini İbrahim əs-Senusi Türkiyə ilə əlaqələri inkişaf etdirmək və qarşılıqlı ticarəti artırmaq istədiklərini bildirib.

1059562

Sudan Dövlət Aparatının həmin mövzuyla bağlı açıqlamasında bildirilib ki, Senusi Türkiyənin Müstəqil Sənayeçi və İş adamları dərnəyinin (MÜSİAD) ölkə xarici təşkilatlanma üzrə sədri İbrahim Uyar başçılığındakı heyətlə bir araya gəldi. Senusi görüşdə Sudan və Türkiyə arasındakı ticarət əlaqələrinin hər sahədə inkişaf etdiyini müşahidə etdiyini bildirdi. İbrahim Uyar isə 78 ölkədə fəaliyyət göstərən dərnəkdə 60 min Türk şirkəti və 11 min üzv olduğuna işarə edərək, Senusini noyabr ayında 120-dən artıq ölkənin iştirakı ilə İstanbulda keçirilməsi planlaşdırılan “MÜSİAD EXPO”ya dəvət etdi.

Әlaqәli Xәbәrlәr