Türkiyə İndoneziyaya yardım etməyə hazırdır

Türkiyə sentyabrın 28-də meydana gələn zəlzələ və sunami fəlakətilə əlaqədar İndoneziyaya hər cür humanitar kömək göstərməyə hazır olduğunu bildirib.

1059234
Türkiyə İndoneziyaya yardım etməyə hazırdır

    Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır: “Türkiyə İndoneziyanın Sulavesi adasında meydana gələn zəlzələ və daha sonra yaranan sunaminin vurduğu ağır can itkiləri və zərərə görə üzüntü duyur. Dost İndoneziya hökuməti və xalqı ilə həmrəylik içində olub ehtiyac duyulan hər cür yardım kömək göstərməyə hazırıq. Həyatlarını itirənlərin yaxınlarına və İndoneziya xalqına başsağlığımızı çatdırır, yaralılara şəfa diləyirik".

  Qeyd edək ki, Sulavesi adasında meydana gələn 7,7 bal gücündə zəlzələ və ardınca yaranan sunami 800-dən çox adamın ölümünə səbəb olub.



Әlaqәli Xәbәrlәr