Ərdoğan: "Almaniyada PKK-nın minlərlə üzvü əlini-qolunu sallayaraq gəzir"

Almaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Walter Steinmeierin  verdiyi ziyafətdə çıxış etdi.

1058936
Ərdoğan: "Almaniyada PKK-nın minlərlə üzvü əlini-qolunu sallayaraq gəzir"
erdogan, steinmeier yemek3.jpg
erdogan, steinmeier yemek2.jpg
erdogan, steinmeier yemek1.jpg

Almaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Walter Steinmeierin  verdiyi ziyafətdə çıxış etdi.

Ərdoğan çıxışında Almaniya prezidentinin Türkiyədəki bəzi məhbuslarla bağlı dilə gətirdiyi narahatlıqlara cavab verdi.

 Türkiyənin terrorçuları qorumaq kimi bir vəzifəsinin olmadığını, ölkədə terrorla məşğul olanların hansı sinifdən olursa-olsun, məhkəmə orqanlarını lazım olanı yerinə yetirdiyini bildirən Ərdoğan: "Hazırda Almaniyada mənim ölkəmin, Avropa İttifaqının terror təşkilatı olaraq qəbul etdiyi PKK-nın minlərlə üzvü əlini-qolunu sallayaraq gəzir. Yeri gəldiyi zaman terror təşkilatının başçısının şəkli olan plakatlarla Almaniyanın geniş prospektlərində mitinqlər keçirirlər. Halbuki bunlar qadağandır. Bəs bunlara niyə imkan verilir?" dedi.

 Geniş gündəm məslələrində zaman-zaman fikir ayrılıqları olmasının təbii olduğunu vurğulayan Türkiyə prezidenti: "Əlaqələrimizi görüş fərqimizi deyil, tərəfdaşlığımızı ön plana çıxararaq davam etdirməliyik. Türkiyə və Almaniya bu uğuru dəfələrlə göstərən ölkələrdir" deyə danışdı.

 Suriya böhranı və qeyri-müntəzəm miqrasiya məsələsi başda olmaqla, Almaniya ilə eyni həssaslığa sahib olduğunu ifadə edən Ərdoğan: "Türkiyə və Almaniyanın bu prosesdə təşəbbüs göstərmələri qaçqın böhranının daha böyük vüsət almasının qarşısını alıb. Son İdlib düyününün həllində olduğu kimi Türkiyə Suriyada yeni faciələrin, yeni miqrasiya dalğalarının baş verməməsi üçün işi davam etdirir. Qarşıdakı dövrdə də eyni həmrəylik ruhu ilə hərəkət edəcəyimizə inanıram" dedi.

 Prezident Ərdoğan  Avropanın gələcəyi ilə ictimai sülhünü təhdid edən irqçi, ksenofobiya və islamafobiya cərəyanlarına qarşı əl birliyi ilə mübarizə ediləcəyinə inandığını vurğuladı.

 İqtisadiyyat sahəsində də Almaniya ilə çox güclü əlaqələrin olduğunu qeyd edən Ərdoğan, Almaniyanın Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu bildirdi.

 Ərdoğan Türkiyədə fəaliyyət göstərən beynəlxalq şirkətlərin arasında Almaniyanın ilk yerdə olduğuna, turizmdə də  Almanların ilk sıralarda yer aldığına diqqət çəkdi.



Әlaqәli Xәbәrlәr