Ərdoğan: "ABŞ verdiyi sözə əməl etmədi"

Türkiyə prezidenti Rəcəb ayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarını Suriya məsələsində verdiyi sözə əməl etmədiyinə görə tənqid etdi.

1058266
Ərdoğan: "ABŞ verdiyi sözə əməl etmədi"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində iştirak etmək üçün getdiyi ABŞ-da səfər heyətinə qatıla jurnalistlərə Nyu-York görüşləri haqqında açıqlamalar verdi.

Ərdoğan açıqlamalarında Amerika Birləşmiş Ştatlarını tənqid edərək: "ABŞ  Münbiçə aid müəyyən olunmuş yol xəritəsinə uyğun şəkildə hərəkət etməyib, separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG o bölgəni tərk etməyib. Bölgənin həqiqi sahibləri hələ də oraya yerləşməyib. ABŞ verdiyi sözə əməl etmədi" dedi.

 Sentyabrın 17-də  Rusiya prezidenti Vladimir Putin ilə əldə olunan İdlib razılaşmasına da toxunan Ərdoğan bunları söylədi: "Biz Amerika nə deyər", deyə düşünmədik. O məsələdə Rusiya ilə birgə hərəkət etdik. İranı da kənarda deyil, işin içində tutduq. Nəzarət məntəqələri əhəmiyyətlidir. 12 nəzarət məntəqəsi bizə, 10 -u Rusiyaya, 6 -sı da İrana aiddir. Başqa nəzarət məntəqəsi olan ölkə yoxdur. Lakin 15-20 kilometrlik silahlardan təmizlənmiş bölgə əhəmiyyət kəsb edir. Buranın təhlükəsizliyi Rusiyanın nəzarətindədir. Proses güclənərək davam edir. Burada hər hansı çətinliklə qarşılaşmadan prosesi davam etdirməyi arzu edirik".

 Suriyada radikal qrupların ağır silahlarının ləğvinə böyük əhəmiyyət verildiyini və bu işin yükünün Milli Kəşfiyyat Təşkilatının üzərinə düşdüyünü də qeyd edən Türkiyə prezidenti: "İşlər yaxşı gedir" dedi.



Әlaqәli Xәbәrlәr